Yuxarı

"Bank Standard"ın qorunmayan əmanətçiləri və hüquqi şəxslər gözləməli olacaq

Azad Cavadov: Bunun üçün bankın aktivlərini, əmlakını qiymətləndirməliyik

Bakı. 4 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin qorunmayan əmanətçiləri və hüquqi şəxs olan müştəriləri eyni statusdadır.

“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərə kompensasiya ödənişi müflisliklə bağlı qanunvericiliyə uyğun olaraq bankın aktivləri satıldıqdan sonra, növbəlilik əsasında həyata keçirilə bilər: “Bunun üçün bankın aktivlərini, əmlakını qiymətləndirməliyik, həmin əmlakın girovluqda olub-olmadığını müəyyən etməliyik. Əgər qorunmayan əmanətçilərə və hüquqi şəxslərə tam kompensasiya ödəmək mümkün olmasa, əldə ediləcək məbləğ proporsional qaydada həmin şəxslərə ödəniləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi