Yuxarı
    Bağlamaq

    Rüfət Aslanlı: “Bank Standard”ın lisenziyasını ləğv etməkdən başqa çıxış yolu yox idi"

    Bankın aktivləri onun öhdəliklərini yerinə yetirməyə imkan vermir

    Bakı. 30 sentyabr. REPORT.AZ/ “Bank Standard” QSC-nin yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də, bunların heç biri bankın maliyyə dayanıqlılığının bərpası üçün yetərli olmayıb.

    “Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, buna görə də “Bank Standard”ın lisenziyasının ləğv etməkdən başqa çıxış yolunun olmadığı qənaətinə gəlinib: "Bankın aktivləri onun öhdəliklərini yerinə yetirməyə imkan vermir. Buna görə də kredit təşkilatının müflis elan edilməsi üçün gələn həftənin bazar ertəsi günü məhkəməyə müraciət ediləcək".

    Palata sədri deyib ki, Bankdakı əmanətlərin qaytarılmasında problem olmayacaq: “Bu Bankda əmanətlərin böyük hissəsinin dollarla yerləşdirilməsi nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna birjadankənar valyuta satması qərara alınıb”.

    R.Aslanlı qeyd edib ki “Bank Standard”da ümumi əmanətlərin məbləği 520 mln. manat olub: "Bunun 460 mln. manatı qorunan əmanətlər olub. Qorunan əmanətlərin 38 mln. manatı milli valyutada, qalanı isə 260 mln. dollar ekvivalentində müxtəlif valyutalarda yerləşdirilib".

    MBNP sədri vurğulayıb ki, bankda əmanət hesabı olan fiziki şəxslərin sayı 260 mindən çox olsa da, onların əksəriyyətinin pulu indiyə qədər qaytarılıb və hazırda sözügedən qorunan məbləğdə kompensassiya alacaq əmanətçilərin sayı 40 minə yaxındır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi