Yuxarı
    Bağlamaq

    "Bank Standard"ın əmanətçilərinə kompensasiya bankın filiallarında ödənilə bilər

    Azad Cavadov: Lazım bilinsə, əmanətçilər kompensasiyanı Bank Standardın özündən alacaqlar

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin də əmanətçilərinə kompensasiya Bankın filiallarında ödənilə bilər.

    “Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

    Onun sözlərinə görə, hazırda Bankın həm baş ofisi, həm də filiallarının texniki imkanları nəzərdən keçirilir: "Lazım bilinsə, əmanətçilər kompensasiyanı “Bank Standard”ın özündən alacaqlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi