Yuxarı
    Bağlamaq

    “Bank Standard”da Kreditorlar Komitəsinin yaradılmasına başlanılıb

    Prosesi ADİF həyata keçirir

    Bakı. 31 yanvar. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə müflis elan edilən “Bank Standard” QSC barəsində ləğv prosesinə başlanılıb. “Report” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.

    Məlumata görə, 25 noyabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. 30 noyabr 2016-cı il tarixində Palata Komitənin yaradılmasını məqsədəuyğun sayıb.

    5 dekabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 29 dekabr 2016-cı il tarixində Məhkəmənin qərardadı ilə ləğv prosesində olan Komitənin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi ADİF-ə həvalə edilib, Kreditorlar Komitəsi haqqında Əsasnamə təsdiq olunub. Hazırda bu istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi