“Bank Silk Way”in öhdəlikləri artıb

“Bank Silk Way”in öhdəlikləri artıb Bakı. 24 iyul. REPORT.AZ/ “Bank Silk Way” ASC-nin cəmi aktivləri illik müqayisədə 45,7% artaraq 2018-ci il iyulun 1-nə 599 178 min manata çatıb.
Maliyyə
24 İyul , 2018 12:33
“Bank Silk Way”in öhdəlikləri artıb
Report
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ “Bank Silk Way” ASC-nin cəmi aktivləri illik müqayisədə 45,7% artaraq 2018-ci il iyulun 1-nə 599 178 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 45,7% artaraq 522 239 min manat təşkil edib. Kreditlərin 370 866 min manatı xarici valyutadadır.

Cəmi öhdəliklər illik 60,1% artaraq iyulun 1-nə 468 457 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) illik 2,6 dəfə artaraq iyulun 1-nə 447 580 min manata yüksəlib. Depozit portfelinin 413 353 min manatı xarici valyutadadır. Mərkəzi Bankın banka qarşı tələbləri illik 9 dəfə azalaraq 2018-ci il iyulun 1-nə 2 500 min manata enib. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 104 601 min manat, cəmi kapitalı 130 721 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 12 256 min manat xalis mənfəət əldə edib. 2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 16 851 min manat, qeyri-faiz gəlirləri 10 139 min manat, faiz xərcləri 6 923 min manat, qeyri-faiz xərcləri 15 154 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi