Bank sektorunda "təmizlik" əmlak qiymətlərini 20% ucuzlaşdıra bilər

Bank sektorunda "təmizlik" əmlak qiymətlərini 20% ucuzlaşdıra bilər Bankların aktivlərində olan əmlakların satışı qiymətlərin düşməsinə səbəb ola bilər
Maliyyə
11 İyul , 2017 19:45
Bank sektorunda təmizlik əmlak qiymətlərini 20% ucuzlaşdıra bilər

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyada TOP-50-dən (50 ən böyük bank) də daxil olmaqla bir sıra bankların bağlanmağa davam etməsi əmlak qiymətlərində 20% ucuzlaşma yarada bilər. 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu barədə proqnoza açıqlama Avstriyanın "Raiffeisen bank"ının günlük icmalında verilib. Bank ucuzlaşmaya əsas səbəb kimi, Rusiyada Əmanətlərin Sığortalanması Fondu tərəfindən iflas etmiş bankların əmlaklarının satışa çıxarılmasını göstərib.

"Ləğvetmə və ya bankların restrukturizasiyası (ilk 50 ən iri banklardan da olmaqla) zamanı qorunmamış kreditorların vəsaitlərini itirməsi davam edəcək. Onların bank sisteminə birbaşa təsiri məhdud olacaq. Amma digər orta və kiçik ölçülü banklardan korporativ müştərilərin vəsait axını likvidlik problemi yarada bilər. Ləğvedilmiş bankların aktivlərində olan əmlakların fond tərəfindən satışa çıxarılması nəticəsində təklifin artması əmlak sektoruna mənfi təsir göstərə bilər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiyanın aktivlərinə görə 30 ən iri bankları siyahısında olan "Yuqra" bankının dövlət tərəfindən nəzarətə götürülməsinə qərar verilib. Bankda əhalinin 180 mlrd. rubl və ya 3 mlrd. ABŞ dolları həcmində əmanətinin olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi