“Bank Respublika”ya məxsus sənədlər itib

“Bank Respublika”ya məxsus sənədlər itib Sənədləri itən əmlak Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşir
Maliyyə
26 Yanvar , 2017 09:14
“Bank Respublika”ya məxsus sənədlər itib

Bakı. 26 yanvar. REPORT.AZ/ “Bank Respublika” ASC-yə məxsus sənədlər itib. 

“Report” xəbər verir ki, bu barədə Bankın rəsmi mətbuatdakı açıqlamasında bildirilir. 

Söhbət Bakı şəhəri, Xətai rayonu, Nobel prospektindəki 0.68287 hektar torpaq sahəsinə aid sənədlərdən gedir. Açıqlamada deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 iyul 2008-ci il tarixində “Bank Respublika”nın adına verilmiş MH-0147064 nömrəli çıxarış, 13 noyabr 2008-ci il tarixində verilmiş torpaq sahəsinin AA-009828 nömrəli planı və ölçüsü itdiyi üçün etibarsız sayılır. 

Son xəbərlər

Orphus sistemi