“Bank Respublika” “Visa” kart sahibləri üçün sərfəli kampaniya elan edir

“Bank Respublika” “Visa” kart sahibləri üçün sərfəli kampaniya elan edir “Bank Respublika” öz müştərilərini sərfəli təkliflərlə sevindirməyə davam edir. Tətil və səyahət mövsümünün qızğın çağında “Bank Respublika” və “Visa” Beynəlxalq Ödəniş Sistemi yeni sərfəli kampaniyaya start verirlər!
Maliyyə
15 İyul , 2019 17:00
“Bank Respublika” “Visa” kart sahibləri üçün sərfəli kampaniya elan edir

“Bank Respublika” öz müştərilərini sərfəli təkliflərlə sevindirməyə davam edir. Tətil və səyahət mövsümünün qızğın çağında “Bank Respublika” və “Visa” Beynəlxalq Ödəniş Sistemi yeni sərfəli kampaniyaya start verirlər!

Kampaniyanın şərtlərinə əsasən, 15 iyul - 15 avqust 2019-cu il tarixləri arasında “Bank Respublika”nın “Visa” kartları ilə aviabiletləri onlayn aldıqda, kart sahibi 5%-ə qədər “сashback” qazanacaq.

“Cashback”in məbləği “Bank Respublika”dan olan “Visa” kartının növündən asılıdır:

- “Visa Classic” - 2%

- “Visa Gold” - 3%

- “Visa Platinum” - 4%

- “Visa Infinite” - 5%

Aksiyada iştirak edən bütün kartlar üzrə “сashback” kampaniyanın müddəti bitdikdən sonra 5 gün ərzində kart hesabına mədaxil ediləcək.

“Cashback”in maksimal məbləği - 100 manat təşkil edir. “Bank Respublika”nın “Visa” kart sahiblərinin hər biri kampaniyanın şərtlərindən bir dəfə istifadə edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi