“Bank Respublika” səhmdarlarına hesabat verəcək

“Bank Respublika” səhmdarlarına hesabat verəcək Bankın səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
5 Aprel , 2017 09:11
“Bank Respublika” səhmdarlarına hesabat verəcək

Bakı 5 aprel. REPORT.AZ/ Mayın 22-də, saat 16:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Bank Respublika”nın 2016-cı il üçün maliyyə hesabatının dinlənilməsi, kənar audit yoxlamalarının nəticələrinin müzakirəsi, “Səhmdarların Ümumi Yığıncağının Əsasnaməsi”ndə, “Müşahidə Şurasının Əsasnaməsi”ndə, “Audit Komitəsinin Əsasnaməsi”ndə və “İdarə Heyətinin Əsasnaməsi”ndə edilmiş dəyişikliklərin təsdiqi, Bankın Müşahidə Şurası üzvlərinə veriləcək əmək haqqının məbləğinin müəyyən edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi