Yuxarı
    Bağlamaq

    "Bank Respublika" plastik kartlar üzrə tarifləri kəskin artırıb

    Bankın bəzi əməliyyatlar üzrə komissiya xərcləri 14 dəfəyə qədər artırılıb

    Bakı. 9 fevral. REPORT.AZ/ “Bank Respublika” ASC bu gündən etibarən plastik kartları vasitəsilə xarici valyutanın milli valyutaya mübadiləsi baş verən bütün ölkədaxili və ölkəxarici əməliyyatlar üzrə, məhsulun növündən asılı olmayaraq yeni komissiya haqqı tətbiq edib. 

    “Report” Banka istinadən xəbər verir ki, komissiya xərcləri 14 dəfəyə qədər artırılıb. 

    Belə ki, “Retail” və “Unique” növlü əməliyyatlar üzrə komissiya xərcləri 2-3,5%-dən 5%-ə, digər əməliyyatlar üzrə isə 0,5%-dən 7%-yə çatdırılıb. 

    Qeyd edək ki, əməliyyatlara xarici valyutalı kartlardan manat ilə “Card to Card” əməliyyatları, manatda olan kartlara xarici valyutada mədaxil əməliyyatları ("Cash in", "Cash to Card", "POS-Credit"), xarici valyutalı kartlardan manat ilə məxaric əməliyyatları (ATM, "POS-Cash", "Cash by Code"), xarici valyutalı kartlardan manatla “Card to Account” əməliyyatları və digər bankların kartlarından “Bank Respublika”nın manatla olan kartına xarici valyutada köçürmə əməliyyatları ("Card to Card") aiddir.

    Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi