Yuxarı

“Bank Respublika” “Visa Cashless” forumunda “Open Banking” layihəsini təqdim etdi

​“Bank Respublika” “Open Banking” layihəsini təqdim etdi

Fevralın 12-də Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Driving the Future” mövzusunda “Visa Cashless Forum” keçirilib.

Qafqazda ilk dəfə olaraq keçirilən forumda müasir ödəniş sistemini yaradan amillər, innovasiyalı ödəniş variantları, bank sektorunun gələcəyi, rəqəmsal bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişlərin təşviqi və s. mövzular müzakirə edilib.

Forumda iştirakçılar tərəfindən ən çox maraqla qarşılanan mövzulardan biri isə ölkəmizdə ilk dəfə olaraq Bank Respublika tərəfindən təqdim edilən “Open Banking” layihəsi olub. Bu layihə çərçivəsində bankda hal-hazırda mövcud olan 12 ədəd “Open API” vasitəsilə developerlər, bank müştəriləri üçün yaratdıqları müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlərini müştərilərin bank məlumatları ilə təmin edə bilər. Nəticə etibarilə müştərilər sadəcə bir bank əlavəsindən deyil müxtəlif funksiyalı əlavələrdən yararlanaraq öz bank təcrübələrini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıra biləcəklər.

“Open Banking” yanaşmasının Azərbaycan bazarı üçün yeni olduğundan Bank ötən ilin sonunda INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə olaraq OpenBanking Lab pilot layihəsinə start verib. 16 həftə davam edən layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim etdillər. Fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika”nın maliyyə xidmətlərinə qoşulmaq üçün test (SandBox) rejimində olan Open API interfeysi təqdim edilib.

Forumda həmçinin “Akhundoff Networks” şirkəti ilə əməkdaşlıq nəticəsində Portamanat.az saytında pilot formatda hazırlanmıs “Open API”ların praktik tətbiqi nümayiş etdirilib.

Forumun Rəqəmsal dövrdə bank biznes modeli panelində çıxış edən “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirib: “ İlk öncə mən Visa şirkətinə və müzakirə iştirakçılarına bu mövzuya xüsusi diqqətə qörə təşəkkür edirəm. “Bank Respublika” “Open Banking” yanaşmasının əsasında olan “Bank-as-a-Service” modelinin tətbiqini bank sektorunda qabaqcıl təcrübə olacağına inanır. Bu səbəbdən biz ölkədə ilk olaraq ideyalar, həllər və qarşılıqlı əlaqələrə əsaslanan Open Banking yanaşmasını tətbiq edirik. Əminəm ki, bu layihə fintex-şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişlədirərək ölkədə bank sektorunun rəqəmsal transformasiyasına təkan verəcəkdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi