"Bank Respublika" əlavə səhm emissiyasına hazırlaşır

"Bank Respublika" əlavə səhm emissiyasına hazırlaşır Bank bunun vasitəsi ilə nizamnamə kapitalını kəskin artırmaq niyyətindədir
Maliyyə
2 Avqust , 2016 10:00
Bank Respublika əlavə səhm emissiyasına hazırlaşır

Bakı. 2 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Respublika" ASC-nin əlavə səhm emissiyasının prospektini qeydə alıb. Palatadan "Report"a verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 2,45 manat olan 8 163 280 yeni səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Səhmlər Bakı Fond Birjasında, qapalı şəkildə yerləşdiriləcək. Emissiya baş tutarsa, "Bank Respublika"nın nizamnamə kapitalı 53,39% və yaxud 20 000 036 manat artaraq 37 460 985,1 manatdan 57 461 021 manata yüksələcək.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,45 manat olan 15 290 198 səhmi var. Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.

Qeyd edək ki, "Bank Respublika"nın kapitalının artırılmasına onun səhmdarlarının iyulun 15-də keçirilmiş növbədənkənar yığıncağında qərar verilib. 

Son xəbərlər

Orphus sistemi