“Bank Respublika”nın Müşahidə Şurasında dəyişiklik olacaq

“Bank Respublika”nın Müşahidə Şurasında dəyişiklik olacaq Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
6 Yanvar , 2017 08:59
“Bank Respublika”nın Müşahidə Şurasında dəyişiklik olacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Fevralın 21-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq saat 15:00-da Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə “Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) tərkibində əyişiklik edilməsi, eləcə də MŞ-nın bəzi qərarlarının müzakirəsi daxildir. 

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.

Son xəbərlər

Orphus sistemi