Yuxarı

​"Bank Respublika"nın mənfəəti azalıb

Ötən il bankın faiz gəlirləri 27% artaraq 51,2 mln. manat təşkil edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bank Respublika" ASC 2014-cü il ərzində 11,021 mln. manat həcmində mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 1,5% azdır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, ki, hesabat ilində "Bank Respublika"nın faiz mənfəəti 2013-cü illə müqayisədə 30,91% artaraq 34,067 mln. manat təşkil edib. Hesabata əsasən, 2014-cü ildə bankın faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri 51,236 mln. manat , faiz və ona bağlı xərcləri 17,169 mln. manat olub. Bu da öz növbəsində 2013-cü ilin göstəricilərindən müvafiq olaraq 26,86% və 19,54% çoxdur.

Bununla yanaşı, bank 2014-cü il ərzində 15,323 mln. manat qeyri-faiz gəliri əldə edib. Bununla da 2013-cü illə müqayisədə 22,03% azalma qeydə alınıb. Qeyri-faiz xərcləri isə 13,75% artaraq 2014-cü il ərzində 32,490 mln. manat olub. Beləliklə, 2014-cü ildə bankın xalis əməliyyat mənfəəti 16,899 mln. manat olub.

Qeyd edək ki, "Bank Respublika"nın məcmu kapitalı 2014-cü ildə 6,24% artaraq 2015-ci il yanvarın 1-nə 67,372 mln. manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi