“Bank Respublika”nın dəstəyi ilə maliyyə savadlılığına dair tədbir təşkil olunub

“Bank Respublika”nın dəstəyi ilə maliyyə savadlılığına dair tədbir təşkil olunub “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin təşkilatçılığı və “Bank Respublika” ASC-nin dəstəyi ilə Bakının Xətai rayonunda yerləşən 263 saylı məktəbdə şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib.
Maliyyə
23 Aprel , 2019 17:00
“Bank Respublika”nın dəstəyi ilə maliyyə savadlılığına dair tədbir təşkil olunub

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin təşkilatçılığı və “Bank Respublika” ASC-nin dəstəyi ilə Bakının Xətai rayonunda yerləşən 263 saylı məktəbdə şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib.

Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Mərkəzi Bankının əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.

İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.

Sonda təşkilatçılar məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirlən rəsm müsabiqəsinin qaliblərinə, eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim ediblər.

Bank il ərzində yalnız biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi