"Bank Respublika"nın aktivləri 17 faiz artib

"Bank Respublika"nın aktivləri 17 faiz artib Bu ilin 9 ayı ərzində Bankın yeni müştərilərinin sayı 1.54 dəfə artıb
Maliyyə
11 Noyabr , 2016 18:49
Bank Respublikanın aktivləri 17 faiz artib

Bakı. 11 noyabr. REPORT.AZ/ "Bank Respublika" bu ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 

Bankdan "Report"a verilən məlumata görə, "Bank Respublika"nın 2016-cı il 1 oktyabr tarixinə aktivləri 913 milyon manat səviyyəsinə çatıb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Hesabat dövrünün sonuna Bankın kredit portfeli 251 milyon manat təşkil edib. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı ötən ilin eyni dövrünə nisbətən 2% azalmaqla 9.3%-dən aşağı enib.

"Bank Respublika"nın gəlirləri 34 mln. manat, xərcləri isə 19 mln. manat təşkil edib. Hesabat dövrü ərzində aktivlər üzrə 50 mln. manat əlavə ehtiyatlar yaradılıb.

Bankın depozit portfeli 229 milyon manat təşkil edərək bu ilin I rübü ilə müqayisədə 11.4% artıb. 

"Bank Respublika"nın likvidlik əmsalının qəbul edilmiş likvidlik normalardan ikiqat artıq olması bir daha təsdiq edir ki, likvidlik yüksək səviyyədədir.

Sentyabr ayında Bankın nizamnamə kapitalı 20 mln manat məbləğində artırılıb.

Əsasən kart məhsulları ilə seçilən "Bank Respublika" bu dövrdə aktiv kartların sayını 95 minə çatdırıb və bu kartlar vasitəsilə aparılan əməliyyatların məbləği 2015-ci ilin eyni dövrü ilə müqayisədə 20% daha çoxdur.

Bu ilin 9 ayı ərzində bankın yeni müştərilərinin sayı 1.54 dəfə artıb.

"Bank Respublika" rəqəmsal və elektron bankçılıq xidmətləri üzrə məhsul çeşidinin genişləndirilməsi, şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verərək məsafəli bankçılıq sahəsində: İnternet Şöbə, Mobil Şöbə əlavəsi, “Vektor” ölkədaxili pulköçürmə sistemi, MilliÖN və eManat terminalları vasitəsilə cari hesaba mədaxil kimi xidmətlərini istifadəyə verib. 

Son xəbərlər

Orphus sistemi