"Bank Respublika" mikrokredit məhsulunun şərtlərinə yenidən baxıb

"Bank Respublika" mikrokredit məhsulunun şərtlərinə yenidən baxıb Bank ticarət, kənd təsərrüfatı, xidmətlər, istehsal, tikinti və s. biznes sahələrinə kreditlər ayırır
Maliyyə
29 Avqust , 2017 15:19
Bank Respublika mikrokredit məhsulunun şərtlərinə yenidən baxıb

Bakı. 29 avqust. REPORT.AZ/ “Bank Respublika” ASC müştərilərinə təqdim etdiyi “Mikrokredit” məhsulunun şərtlərinə yenidən baxıb. Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yeni şərtlər daha cəlbedicidir.

Məlumatda deyilir ki, indi mikrokreditin məbləği 30 min manatadək artırılıb. Onu da qeyd edək ki, valyuta hesablaşmarı üçün kredit məbləği ABŞ dolları ilə verilə bilər. Bu zaman isə məbləğ maksimum 10 min dollar olacaq.

Bununla yanaşı, Bank 6 aylıq güzəşt müddəti də tətbiq edir. Həmçinin müştərinin istəyi ilə və biznesin xüsusiyyətlərindən asılı olaraq sərbəst ödəniş qrafiki təklif oluna bilər.

Açıqlamada deyilir ki, “Bank Respublika” ticarət, kənd təsərrüfatı, xidmətlər, istehsal, tikinti və s. biznes sahələrinə kreditlər ayırır: “Bankımızdan mikrokredit almağın əsas üstünlüklərdən biri kreditin təminatı şərtləridir. Kreditin təminatı kimi zaminlər, qızıl məmumatları, daşınmaz əmlak, nəqliyyat vasitəsi, bank əmanəti, ev əşyaları, əsas və dövriyyə vəsaitləri qəbul edilə bilər".

Son xəbərlər

Orphus sistemi