“Bank Respublika” istehlak kreditləşməsini bərpa edib

“Bank Respublika” istehlak kreditləşməsini bərpa edib Bakı. 6 aprel. REPORT.AZ/ “Bank Respublika” ASC təxminən 3 aylıq fasilədən sonra istehlak kreditləşməsini bərpa edib.Bu barədə “Report”a Bankdan bi...
Maliyyə
6 Aprel , 2017 13:35
“Bank Respublika” istehlak kreditləşməsini bərpa edib

Bakı. 6 aprel. REPORT.AZ/ “Bank Respublika” ASC təxminən 3 aylıq fasilədən sonra istehlak kreditləşməsini bərpa edib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, hazırda fiziki şəxslərə kreditlər zaminliklə illik 32%-lə, qızıl girovu ilə (lombard) isə illik 36%-lə ayrılır. Halbuki, kreditləşmə dayanmazdan əvvəl illik faiz dərəcəsi 29% olub.

Kreditin məbləği 500 manatdan 5 min manata qədərdir. Müddət adi kreditlərdə maksimum 1 il, lombard kreditlərində isə 18 aydır. Kreditə görə, komisyon haqqı isə məbləğin 3%-i qədərdir.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,45 manat olan 34 453 478 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi