​"Bank Respublika" əmanət faizlərini dəyişib

​"Bank Respublika" əmanət faizlərini dəyişib Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrə aiddir
Maliyyə
14 Mart , 2016 18:04
​Bank Respublika əmanət faizlərini dəyişib

Bakı. 14 mart. REPORT.AZ/ “Əmanətlərin tam sığortalanması haqqında” qanununa edilmiş dəyişikləri nəzərə alaraq "Bank Respublika" ASC fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, indi milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 6 aydan sonra çıxarıldığı təqdirdə illik 4,5%-dən 10%-ə qaldırılıb, 12 aydan 36 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi 2% artırılaraq illik 12% təşkil edəcək.

Depozit hesabını Bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrə aiddir.

"Bank Respublika" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, Fond tərəfindən sığortalanan manat əmanətləri üzrə maksimal illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 12% təşkil edir.

Son xəbərlər

Orphus sistemi