“Bank Respublika” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

“Bank Respublika” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Bank Respublika” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 710,542 mln. manat təşkil edib.
Maliyyə
31 Oktyabr , 2017 16:29
“Bank Respublika” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Bank Respublika” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 710,542 mln. manat təşkil edib.

Bu barədə “Report”a Bankdan bildirilib.

“Bank Respublika”ın aktivlərinin 224,574 mln. manatını müştərilərə verilmiş kreditlər olub. Bu ilin III rübündə Bankın kredit portfeli 20,783 mln. manat azalıb. Buna səbəb qeyri-standart kreditlərlə iş aparılmasıdır.

Belə ki, son 3 ayda “Bank Respublika”nın qeyri-standart kreditləri 2 dəfədən çox azalaraq 11,9 mln. manata düşüb. Bu, ümumi kredit portfelinin 5,3%-i deməkdir. Bank qeyri-standart kreditlər üzrə 9,745 mln. manatlıq adi və məqsədli ehtiyat yaradıb.

Oktyabrın 1-nə “Bank Respublika”nın cəmi öhdəlikləri 663,94 mln. manat təşkil edib. Bunun 459,067 mln. manatı müştərilərin depozitləri, o cümlədən 212,988 mln. manatı fiziki şəxslərin depozitləri olub. Bu ilin III rübündə əhalinin Bankdakı əmanətləri 15,857 mln. manat artıb.

Hesabat tarixinə “Bank Respublika”nın cəmi kapitalı isə 46,602 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında “Bank Respublika” 45,472 mln. manat gəlir əldə edib. Bununla belə, Bank xərcləri və aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün yaratdığı 6,186 mln. manatlıq xüsusi ehtiyatları hesabına ilin ilk 9 ayını 1,619 mln. manat xalis zərərlə yekunlaşdırıb.  

Son xəbərlər

Orphus sistemi