“Bank Respublika” 500 min manata qədər aqro kredit təklif edir

“Bank Respublika” 500 min manata qədər aqro kredit təklif edir Bakı. 30 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC aqrar sektorda çalışan sahibkarlara biznes hədəflərinə nail olmaq üçün 500 min manata qədər kredit təklif edir.
Maliyyə
30 Noyabr , 2017 14:59
“Bank Respublika” 500 min manata qədər aqro kredit təklif edir

Bakı. 30 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC aqrar sektorda çalışan sahibkarlara biznes hədəflərinə nail olmaq üçün 500 min manata qədər kredit təklif edir.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, kredit ABŞ dolları və avro ilə də verilə bilər. Onun müddəti 6-24 aydır, amma müştərinin istəyi ilə müddət artırıla bilər.

“Kredit fərdi şərtlərlə təklif edilir və hər bir biznesin xüsusiyyətləri nəzərə alınır. Müştərinin istəyi ilə sərbəst ödəniş qrafiki də tətbiq oluna bilər. Hər bir sahibkarın maraqlarını nəzərə alaraq, Bank 6-12 ay güzəşt müddəti də tətbiq edir. “Bank Respublika”nın biznes sahəsinə xidmət göstərməsinin başlıca hədəfi – hər bir sahibkar üçün faydalı maliyyə partnyoru olmaqdır”, - deyə açıqlamada qeyd olunub.

Şərtlər haqqında daha ətraflı məlumat “Bank Respublika”nın www.bankrespublika.az ünvanında yerləşən rəsmi internet səhifəsində verilib. 

Son xəbərlər

Orphus sistemi