"Bank Respublika" 2016-cı ilin hesabatını təqdim edib

"Bank Respublika" 2016-cı ilin hesabatını təqdim edib Bank nizamnamə kapitalını artırır
Maliyyə
16 İyun , 2017 15:44
Bank Respublika 2016-cı ilin hesabatını təqdim edib

Bakı. 16 iyun. REPORT.AZ/ "Bank Respublika" ASC 2016-cı il üzrə yekun maliyyə hesabatını ictimaiyyətə açıqlayıb. 

Bankdan "Report"a verilən məlumatda deyilir ki, maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən (IFRS), 2016-cı il üzrə audit keçirən "KPMG" şirkəti müvafiq dövr üzrə bank tərəfindən təqdim olunan məlumatların adekvatlığını və həmin standartlara uyğunluğunu təsdiq edib. 

"Bankın hesabatı yüksək likvidlik dərəcəsini, kredit portfelinin tərkibindəki valyuta kreditlərinin payının azalmasını və bazarla müqayisədə vaxtı keçmiş kreditlərin həcminin xeyli aşağı olmasını əks edir. Hesabatda həmçinin, 2016-cı ilin sentyabrında səhmdar kapitalının artırılması da qeyd olunub. Bu məbləğ ötən ilin sonuna proqnozlaşdırılan zərərin məcmu kapitala təsirini azaldılması istiqamətində yönəldilib", - məlumatda qeyd olunub. 

"Standartlara görə, hesabat tarixindən sonra bəzi hadisələr də qeydiyyata alınıb. Bunların arasında 28 mart 2017-ci ildə səhmdar kapitalının növbəti dəfə artırılması haqqında qəbul edilmiş qərar da var. Həmin qərar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və hazırda qərarın rəsmiləşdirilməsi prosesi davam edir", - deyə bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi