Yuxarı
    Bağlamaq

    ​"Bank of Baku" ilə Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

    Sənədə əsasən, yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr bankın təqaüd proqramından faydalanacaq

    Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın "Bank of Baku" ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi "Bank of Baku"nun İdarə Heyətinin sədri Fərid Hüseynov və ADİU-nun rektoru Ədalət Muradov imzalayıblar.

    Bankın baş ofisindən "Report"a bildirilib ki, ikitərəfli saziş bankla ali təhsil ocağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Sənədə əsasən, yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüd proqramından faydalana biləcəklər. Qarşılıqlı əməkdaşlıq həmçinin tələbə və məzunların "Bank of Baku"da təcrübə proqramlarına cəlb edilməsini və universitetdə fəaliyyət göstərən "Sabah" qruplarının təhsil aldığı auditoriyalardan birinin maddi-texniki təchizatının bank tərəfindən təmin olunmasını nəzərdə tutur.

    Tədbirdə çıxış edən ADİU-nun rektoru Ə.Muradov ölkənin inkişafında təhsilin mühüm rolundan danışaraq, bu proseslərdə biznes sektorunun təhsilin inkişafına göstərdiyi marağın və qayğının dəyərli olduğunu vurğulayıb. Rektor ikitərəfli əməkdaşlıqdan müəllim və tələbələrin səmərəli istifadə edəcəklərinə əmin olduğunu bildirib.

    Öz növbəsində "Bank of Baku"nun İdarə Heyətinin sədri F.Hüseynov vurğulayıb ki, bank üçün sosial yönümlü aksiyalar prioritet əhəmiyyətlidir və bu mənada təhsilə ayrılan diqqət müstəsna əhəmiyyət daşıyır. O qeyd edib ki, "Bank of Baku" artıq Azərbaycanın bir neçə aparıcı ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir və yüzlərlə tələbə bu əməkdaşlıqdan geniş faydalanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi