"Bank of Baku" təhsil işçiləri üçün xüsusi kampaniyaya başlayıb

"Bank of Baku" təhsil işçiləri üçün xüsusi kampaniyaya başlayıb Müəllim və təhsil işçiləri 10 min manatadək nağd pul kreditini güzəştli şərtlərlə 36 ay müddətinə əldə edə bilərlər
Maliyyə
2 Oktyabr , 2017 15:14
Bank of Baku təhsil işçiləri üçün xüsusi kampaniyaya başlayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Bank of Baku” ASC 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə özəl olaraq “Nağd Pul Krediti üzrə Faizsiz Aylar, Bolkart üzrə Hədiyyə BAL-lar” kampaniyasına start verib. 

“Report” bu barədə Banka istinadən xəbər verir.

Kampaniya çərçivəsində müəllimlər və təhsil işçiləri 10 min manatadək nağd pul kreditini komissiyasız, sığortasız və ilk ayların faizləri hədiyyə olunmaqa 36 ay müddətinə əldə edə bilərlər. Belə ki, kredit əldə edən şəxs ilk üç ayın faizlərindən azad olunaraq, sadəcə, əsas borc üzrə tələb olunan məbləği ödəyəcək.

Müştərilərə kampaniya çərçivəsində həmçinin digər güzəştli şərtlər (rəsmiləşdirmə komissiyası - 0%, sığorta haqqı - 0%, əmək haqqı tələbi yox, ödəniş müddəti 3-36 ay, maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı və məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə) də təqdim olunur.

Güzəştli şərtlərlə təqim edilən nağd pul krediti ilə yanaşı, “Bank of Baku”dan kampaniya dövründə “Bolkart” kredit kartı əldə edən müştərilərə məbləğdən asılı olaraq nağd pul ekvivalentində ballar hədiyyə olunacaq (məbləğ 999 manatadək olduqda – 10 bal, 1 000-1 999 manat olduqda – 15 bal, 2 000-2 999 manat olduqda - 20 bal, 3 000 manat və daha çox olduqda – 25 bal).

Qeyd edək ki, kampaniya noyabrın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi