​"Bank of Baku" ötən il 126 nəfəri işdən çıxarıb

​"Bank of Baku" ötən il 126 nəfəri işdən çıxarıb Bu barədə Bankın illik idarəetmə hesabatında məlumat verilib
Maliyyə
26 İyul , 2016 17:58
​Bank of Baku ötən il 126 nəfəri işdən çıxarıb

Bakı. 26 iyul. REPORT.AZ/ "Bank of Baku" ASC-nin işçilərinin sayı 2015-ci ildə 126 nəfər azalaraq 989-dan 863-ə düşüb. Bu barədə "Report" Bankın illik idarəetmə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, "Bank of Baku" ilk rübdə 7, II rübdə 43, III rübdə 31, IV rübdə isə 45 əməkdaşı ilə yollarını ayırıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"ə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi