Yuxarı
    Bağlamaq

    "Bank of Baku"nun xalis mənfəəti 7% artıb

    Ötən il Bank 93 mln. manat xalis faiz gəliri əldə edib

    Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bank of Baku" ASC 2014-cü ilin yekununda vergilər ödənildikdən sonra 50,958 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu da 2013-cü illə müqayisədə 7,3% çoxdur.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, vergi ödənilənədək mənfəət 63,029 mln. manat təşkil edib ki, bunun da 12,071 mln. manatı verginin ödənilməsinə sərf olunub. Mənfəətdən vergiyə ödəniş həcmində illik 0,82% azalma müşahidə edilib.

    Hesabat ilində Bank 92,891 mln. manat həcmində xalis faiz gəliri əldə edib. Belə ki, faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirlər 146,764 mln. manat, faizlər və onlarla bağlı xərclər 53,873 mln. manat olub. Son bir ildə faiz gəlirlərində 25,45%, xərclərində 13,98% artım müşahidə edilib. Nəticədə, xalis faiz gəlirlərində illik artım 33,23% olub. 

    Təhlil olunan dövrdə bankın qeyri-faiz gəlirləri 6,44% artaraq 44,168 mln. manat, qeyri-faiz xərcləri 11,03% artaraq 46,52 mln. manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 8,038 mln. manatı hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirlər, 1,277 mln. manatı məzənnə dəyişməsi daxil olmaqla valyuta əməliyyatlarından xalis gəlirlər, 34,853 mln. manatı digər xidmət növlərindən komisyon gəlirlərin payına düşüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi