Yuxarı

“Bank of Baku”nun mərkəzi filialları şənbə-bazar günləri işləyəcək

“Bank of Baku”nun mərkəzi filialları şənbə-bazar günləri işləyəcək
Sentyabrın 24-də Azneft filialı saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Bank of Baku” ASC-nin Bakı şəhərində fəaliyyət göstərən bütün filialları və bəzi region filialları bu həftənin şənbə-bazar günləri müştərilərin xidmətində olacaq. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 23-də “Bank of Baku”nun "Azneft" filialı saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 14:00-15:00), "Neftçilər" filialı saat 10:00-dan 19:00-dək (nahar fasiləsi 14:00-15:00), "Bakıxanov”, "Əhmədli", "Yasamal", "Xırdalan”, "Sumqayıt", "Həzi Aslanov", "Mərdəkan", "Mərkəz", "Nəsimi", "Səməd Vurğun", "Şirvan", "Yeni Gəncə" filialları və Baş İdarə saat 10:00-dan 14:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərəcək.

Sentyabrın 24-də isə "Azneft" filialı saat 11:00-dan 21:00-dək (nahar fasiləsi 15:00-16:00) fəaliyyət göstərəcək.

Müştərilər filiallarda həm nağd pul krediti (restrukturizasiya daxil olmaqla) və "Bolkart" kredit və debet kartları əldə edə, həm də valyuta mübadiləsi və təcili pulköçürmə xidmətindən faydalana bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi