Yuxarı
    Bağlamaq

    “Bank of Baku” neftçilərə özəl kredit kampaniyası keçirir

    Oktyabrın 31-dək neftçilər 10 min manatadək nağd pul kreditini 0% komissiya ilə əldə edə bilər

    Bakı. 18 sentyabr. REPORT.AZ/ “Bank of Baku” ASC 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə onlara özəl yeni kredit kampaniyasına başlayıb.

    “Report”un Banka istinadən verdiyi xəbərə görə, 18 sentyabr-31 oktyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində neftçilər və neft sahəsində çalışan hər bir şəxs 10 min manatadək nağd pul kreditini 0% komissiya ilə əldə edə bilər. 

    Qeyd edək ki, kampaniyadan faydalanacaq müştərilərə, həmçinin əmək haqqı tələbi vergilər daxil minimum 185 manat, ödəniş müddəti 3-36 ay, maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı, məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə və digər güzəştli şərtlər də təqdim olunur.

    “İNDİ al, GƏLƏN İL ödə!” şüarı altında keçirilən kampaniya çərçivəsində “Bank of Baku”dan qeyd edilən şərtlərlə kredit əldə edən şəxslər, kredit üzrə əsas borc ödənişini 2017-ci ildə yox, 2018-ci ilin ilk ayından etibarən ödəyə biləcəklər.

    Bildirilir ki, nağd pul krediti ilə yanaşı "Bolkart" kredit kartı əldə edən müştərilərə ilk ilin xidmət haqqısı pulsuzdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi