"Bank of Baku" nağdsız əməliyyatlar üzrə ölkənin lider bankı seçilib

"Bank of Baku" nağdsız əməliyyatlar üzrə ölkənin lider bankı seçilib Azərbaycan bankı "MasterCard" təşkilatı tərəfindən mükafatlandırılıb
Maliyyə
24 May , 2017 14:28
Bank of Baku nağdsız əməliyyatlar üzrə ölkənin lider bankı seçilib

Bakı. 24 may. REPORT.AZ/ "MasterCard" 2016-cı ilin uğurları çərçivəsində keçirdiyi mükafatlandırma mərasimində “Bank of Baku” ASC-ni "MasterCard kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank" nominasiyasında Azərbaycanın lider bankı elan edib.

"Report" bu barədə banka istinadən xəbər verir.

Bununla əlaqədar olaraq, mükafatlandırma mərasimində “Bank of Baku”ya xüsusi sertifikat təqdim edilib. “Bank of Baku”nun bu sahədə uğur qazanmasında ölkənin ilk taksit kartı "Bolkart" layihəsinin və korporativ bankçılıq sahəsində son dövrlərdə həyata keçirdiyi "İşkart" və əmək haqqı kartı layihələrinin rolu kifayət qədər böyükdür.

Qeyd edək ki, “Bank of Baku” artıq 10 ildən çoxdur müştəriləri üçün "MasterCard" beynəlxalq kartlarının istifadəsinə şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi