"Bank of Baku" manat əmanətlərini bir qədər də bahalaşdırıb

"Bank of Baku" manat əmanətlərini bir qədər də bahalaşdırıb Bu, son bir ayda milli valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsinin artırılması ilə bağlı ikinci haldır
Maliyyə
22 Noyabr , 2016 14:45
Bank of Baku manat əmanətlərini bir qədər də bahalaşdırıb

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bank of Baku" ASC milli valyutada qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 1-1,5 faiz bəndi artırıb.

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, hazırda "Bank of Baku"da 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olmayaraq illik 15% dividend ödənilir. Bu, son bir ayda "Bank of Baku"nun manat əmanətlərinin bahalaşdırılması ilə bağlı atdığı 2-ci addımdır. Oktyabrda bank milli valyutada qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 12-13%-dən 13,5-14%-ə çatdırıb.

Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi