​"Bank of Baku" kredit kartlarının limitini artırıb

​"Bank of Baku" kredit kartlarının limitini artırıb Məbləğ üzrə artım orta hesabla iki dəfədir
Maliyyə
1 İyun , 2016 16:53
​Bank of Baku kredit kartlarının limitini artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Bank of Baku” ASC müştərilərə kredit xətti kimi təqdim etdiyi “Bolkart Grace” kartlarının limitini artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, bununla bağlı müştərilərinin mobil telefonlarına mesaj göndərilir. Kredit limiti artırılarkən müştərinin tarixçəsi, gecikmə günlərinin sayı əsas götürülür. Məbləğ üzrə artım orta hesabla 2 dəfədir.

Xatırladaq ki, "Bank of Baku" ASC "Bolkart Grace" kredit kartlarının limitini bu ilin əvvəlində, Azərbaycanda baş vermiş ikinci devalvasiyadan dərhal sonra azaltmışdır. Həmin vaxt Bank həmçinin “Loyallıq layihəsi” çərçivəsində müştərilərinə verdiyi “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə məhdudiyyət qoymuşdur. 

Son xəbərlər

Orphus sistemi