"Bank of Baku" biznes kart sahibləri üçün yeni kampaniya keçirir

"Bank of Baku" biznes kart sahibləri üçün yeni kampaniya keçirir Kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir
Maliyyə
11 İyul , 2017 10:49
Bank of Baku biznes kart sahibləri üçün yeni kampaniya keçirir

Bakı. 11 iyul. REPORT.AZ/ “Bank of Baku”ASC-nin “İşkart” biznes kart sahibləri www.e-pul.az onlayn ödəniş portalı vasitəsilə etdikləri ödənişlərə görə üçqat bonus qazanacaqlar.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, kampaniya iyulun 31-dək davam edəcək.

Kampaniya çərçivəsində “İşkart” istifadəçiləri https://www.e-pul.az/ portalında kommunal xidmətlər, mobil operator və telefon şəbəkələri, internet və TV-provayderlər və digər xidmətlərin ödənişini etməklə qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcəklər. "İşkart" sahibləri, daha sonra yığılmış bonusları real vəsaitəyə çevirərək, www.e-pul.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.

Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.

Son xəbərlər

Orphus sistemi