"Bank of America": Azərbaycanın bank sektorunda inkişaf mərhələsi başlayıb

"Bank of America": Azərbaycanın bank sektorunda inkişaf mərhələsi başlayıb Bankların yenidən kapitallaşma prosesi uğurla davam edir
Maliyyə
15 Mart , 2017 17:23
Bank of America: Azərbaycanın bank sektorunda inkişaf mərhələsi başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanın milli valyutası - manatın iki devalvasiya dalğası nəticəsində ölkənin bank sektorunda müəyyən problemlərin olmasına baxmayaraq, bu sahənin inkişafı üçün müsbət addımlar atılır. 

"Report" xəbər verir ki, bunu "Bank of America"nın Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Osakovskiy tərəfindən hazırlanan hesabatda bildirilib. 

Hesabata əsasən, Azərbaycanın bank sektorunda problemli kreditlərinin xüsusi çəkisi 40-80% diapazonunda dəyişir: "Bankların yenidən kapitallaşma ilə bağlı son qərarları problemli kreditlərə ayırmalara yənəldilib. Lakin bununla yanaşı müsbət addım odur ki, dövlət tərəfindən ölkənin ən böyük bankında yaranmış problemləri həll etmək istəyi müşahidə olunur. Adı çəkilən bankın (Azərbaycan Beynəlxalq Bankının olduğu ehtimal edilir - "Report") özəlləşdirilməsi prosesi gündəmdə yer alıb. Yaxın vaxtlarda özəlləşdirmənin həyata keçirilməsi real görünmür. Bunun üçün Bankın bütün problemləri həll olunmalıdır".

"Bank of America" analitikləri hesab edirlər ki, ABB istisna olmaqla, ölkənin bank sektorunun səhmdarları tərəfindən yenidən kapitallaşma istiqamətində müvəffəqiyyətli addımlar atılıb.

Son xəbərlər

Orphus sistemi