“Bank Melli İran-Baku” ötən il 7 mln. manata yaxın xalis mənfəət əldə edib

“Bank Melli İran-Baku” ötən il 7 mln. manata yaxın xalis mənfəət əldə edib Bakı. 12 yanvar. REPORT.AZ/ “Bank Melli İran-Baku”nun cəmi aktivləri bu il yanvarın 1-nə 100,498 mln. manat təşkil edib.
Maliyyə
12 Yanvar , 2018 11:38
“Bank Melli İran-Baku” ötən il 7 mln. manata yaxın xalis mənfəət əldə edib

Bakı. 12 yanvar. REPORT.AZ/ “Bank Melli İran-Baku”nun cəmi aktivləri bu il yanvarın 1-nə 100,498 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24,9% çoxdur.

“Bank Melli İran-Baku”nun aktivlərinin cəmi 3,355 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə bankın kredit portfeli 53,2% kiçilib.

Hesabat dövründə “Bank Melli İran-Baku”nun cəmi öhdəlikləri 46,7% azalaraq 31,231 mln. manat, o cümlədən depozit portfeli 12,8% artaraq 2,662 mln. manat olub.

İl ərzində bankın cəmi kapitalı 3,2 dəfə artaraq 69,285 mln. manata, nizamnamə kapitalı isə 43,1% artaraq 73,611 mln. manata yüksəlib.

2017-ci ildə “Bank Melli İran-Baku”nun faiz gəlirləri 2,967 mln. manat (2016-cı ilə nisbətən 9% az), faiz xərcləri 54 min manat (22,8% çox), qeyri-faiz gəlirləri 416 min manat (15,6% az), qeyri-faiz xərcləri isə 1,899 mln. manat (9% az) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 1,43 mln. manat olub ki, bu da illik müqayisədə 11,9% azdır.

“Bank Melli İran-Baku” ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərini 5,75 mln. manat qənaət edib, 257 min manat isə məndəət vergisi ödəyib. Bununla da, bank 2017-ci ili 6,923 mln. manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, İran bankı 2016-cı ildən 29,272 mln. manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi