“Bank Melli İran-Baku” nizamnamə kapitalını 43% artırıb

“Bank Melli İran-Baku” nizamnamə kapitalını 43% artırıb Bakı. 20 aprel. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialının cəmi aktivləri bu il aprelin 1-nə 82,122 mln. manat təşkil edib.“Report” filialın ma...
Maliyyə
20 Aprel , 2017 13:30
“Bank Melli İran-Baku” nizamnamə kapitalını 43% artırıb

Bakı. 20 aprel. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialının cəmi aktivləri bu il aprelin 1-nə 82,122 mln. manat təşkil edib.

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 17,3% azdır.

İran bankının aktivlərinin 7,3%-ni və yaxud 6,021 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bakı filialının kredit portfeli 43,5% azdır.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 57,8% azalaraq 21,142 mln. manat, o cümlədən depozit portfeli 6,6% artaraq 2,305 mln. manat olub.

İl ərzində kredit təşkilatının nizamnamə kapitalı 43,1% artaraq 73,611 mln. manat, cəmi kapitalı isə 20,9% artaraq 60,981 mln. manat olub.

Bu ilin I rübündə “Bank Melli İran-Baku”nun faiz gəlirləri 730 min manat (ötən ilin I rübünə nisbətən 9,1% az), faiz xərcləri 15 min manat (2,3 dəfə çox), qeyri-faiz zərəri 152 min manat (8,4 dəfə çox), qeyri-faiz xərcləri isə 397 min manat (5,9% az) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 165 min manat olub. Bu isə illik müqayisədə 53,8% azdır.

Bakı filialı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçüm xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 162 min manat qənaət edib və rübü 327 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bank ötən ilin eyni dövründən 722 min manat xalis zərərlə çıxıb. 

Son xəbərlər

Orphus sistemi