"Bank Melli İran-Baku" 21 mln. manatdan çox zərərdədir

"Bank Melli İran-Baku" 21 mln. manatdan çox zərərdədir Bakı. 10 iyul. REPORT.AZ/ Bank Melli İran Bakı filialının aktivləri ilin əvvəlindən 7,6% artaraq 2018-ci il iyulun 1-nə 108 132 min manat təşkil edib.
Maliyyə
10 İyul , 2018 11:42
Bank Melli İran-Baku 21 mln. manatdan çox zərərdədir

Bakı. 10 iyul. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri ilin əvvəlindən 7,6% artaraq 2018-ci il iyulun 1-nə 108 132 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Aktivlərin 56 617 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesabları, 3 308 min manatını müştəriləri verilmiş kreditləri əhatə edib. Hesabat dövründə bankın müştərilərə verilmiş kreditlərin həcmində 1,4% azalma qedə alınıb.

Bankın cəmi öhəlikləri ilin əvvəlindən 21,5% artaraq 37 906 min manata yüksəlib. Bunun da 33 080 min manatını və ya 87,3%-ni maliyyə institutları qarşısında öhdəliklər, 4 436 min manatını və ya 11,7%-ni müştəri hesabları əhatə edib. Bankın nizamnamə kapitalı dəyişməyərək 73 611 min manat həcmində qalıb. Cəmi kapital isə 1,4% artaraq 70 225 min manata çatıb.

"Bank Melli İran Bak"ı filialı bu ilin birinci yarısında 1 384 min manat xalis mənfəət əldə edib. 2018-ci il iyulun 1-nə bankın 21 228 min manat həcmində zərəri yığılıb. 

Son xəbərlər

Orphus sistemi