"Dəmirbank" yeni kredit kampaniyası keçirir

"Dəmirbank" yeni kredit kampaniyası keçirir Bank gələn həftədən mikro və istehlak kreditlərinə komissiya tətbiq etməyəcək
Maliyyə
12 Dekabr , 2014 15:15
Dəmirbank yeni kredit kampaniyası keçirir

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC Yeni İl bayramı münasibətilə dekabrın 15-dən 10 min manata qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq etməyəcək.

“Report”un banka istinadən verdiyi xəbərə görə, "Komissiyasız Yeni İl” aksiyasının şərtlərinə əsasən, müştəri yalnız bir kredit məhsulundan yararlana bilər. Mikro və ya istehlak kredit məhsulları əldə etmək istəyən səxslər dekabrın 15-dək "Dəmirbank"ın istənilən filialına müraciət edə bilərlər.

Qeyd edək ki, "Dəmirbank" ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi