“Bank BTB”yə yeni sədr təyin edilib

“Bank BTB”yə yeni sədr təyin edilib Bu, Emil Rzayevdir
Maliyyə
17 Fevral , 2017 15:36
“Bank BTB”yə yeni sədr təyin edilib

Bakı. 17 fevral. REPORT.AZ/ “Bank BTB” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Emil Rzayev gətirilib.

O, yeni vəzifəsində Samir Qocayevi əvəz edib. S.Qocayev isə Bankın Müşahidə Şurasının (MŞ) üzvü seçilib. O, MŞ-da Asim Salamovu əvəz edib. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi