Yuxarı

"Bank BTB"də yeni departament yaradılıb

Departamentin rəhbərliyinə hələ təyinat olmayıb

Bakı. 23 avqust. REPORT.AZ/ "Bank BTB" ASC-də Biznesin inkişafı Departamenti yaradılıb. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, yeni departament "Bank BTB"nin 2016-2019-cu illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində təşkil edilib. Hələ ki, bu strukturun rəhbərliyinə təyinat olmayıb.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 52 000 səhm əsasında formalaşıb. Səhmlər 3 fiziki şəxsə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi