"Bank of Baku"nun növbədənkənar iclası keçiriləcək

"Bank of Baku"nun növbədənkənar iclası keçiriləcək Səhmdarların Ümumi Yığıncağının iclası dekabrın 25-də təşkil olunacaq
Maliyyə
11 Noyabr , 2015 09:59
Bank of Bakunun növbədənkənar iclası keçiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Dekabr ayının 25-də saat 15:00-da "Bank of Baku" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın rəsmi qəzetdə yerləşdirilən elanında bildirilir. 

Bankın baş idarəsində baş tutacaq iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

“Bank of Baku” ASC 1994-cü ildən fəaliyyət göstərir. Cari il noyabrın 1-nə Bankın aktivləri 704,8 mln. manat, kredit portfeli 492,8 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi