"Bank Avrasiya"nın mənfəəti 2 dəfəyə yaxın azalıb

"Bank Avrasiya"nın mənfəəti 2 dəfəyə yaxın azalıb Bakı. 19 iyul. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 6,1% artaraq bu il iyulun 1-nə 169 444 min manata çatıb.
Maliyyə
20 İyul , 2018 13:32
Bank Avrasiyanın mənfəəti 2 dəfəyə yaxın azalıb
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 6,1% artaraq bu il iyulun 1-nə 169 444 min manata çatıb.

“Report” bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə "Bank Avrasiya"nın kredit portfeli 4,0% artaraq 90 828 min manat təşkil edib.

Hesabat dövründə Bankın cəmi öhdəlikləri 8,1% artaraq 105 763 min manat, o cümlədən depozit portfeli 0,1% artaraq 57 624 min manat olub. İyun ayının sonuna kredit təşkilatının nizamnamə kapitalı 50 mln. manat, cəmi kapital isə 63 681 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur.

“Bank Avrasiya” yanvar-iyun aylarında 4 645 min manat mənfəət əldə edib. Bankın mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə azalma qeydə alınıb. Birinci yarımildə "Bank Avrasiya"nın faiz gəlirləri 6 044 min manat, faiz xərcləri 1 371 min manat, qeyri-faiz gəlirləri 631,7 min manat, qeyri-faiz xərcləri 2 221 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi