"Bank Avrasiya"nın mənfəəti 2 dəfədən çox artıb

"Bank Avrasiya"nın mənfəəti 2 dəfədən çox artıb Bakı. 17 iyul. REPORT.AZ/ “Bank Avrasiya” ASC 2017-ci ilin yanvar-iyun ayları ərzində 8,889 mln. manat həcmində mənfəət əldə edib. Bu da ötən ilin ...
Maliyyə
17 İyul , 2017 14:59
Bank Avrasiyanın mənfəəti 2 dəfədən çox artıb

Bakı. 17 iyul. REPORT.AZ/ “Bank Avrasiya” ASC 2017-ci ilin yanvar-iyun ayları ərzində 8,889 mln. manat həcmində mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın gəlirləri illik müqayisədə 9,41% artaraq birinci yarımildə 7,920 mln. manat, xərcləri 12,58% artaraq 3,712 mln. manata yüksəlib.

Gəlirlərin 6,333 mln. manatı və ya 79,96%-i faiz, 1,587 mln. manatı və ya 20,04%-i qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclərin isə 1,647 mln. manatını və ya 44,37%-ni faiz, 2,065 mln. manatını və ya 55,63%-ni qeyri-faiz xərcləri təşkil edib.

Son xəbərlər

Orphus sistemi