"Bank Avrasiya"nın aktivləri 26% artıb

"Bank Avrasiya"nın aktivləri 26% artıb Bakı. 14 iyul. REPORT.AZ/ “Bank Avrasiya” ASC-nin aktivləri illik müqayisədə 25,87% artaraq 2017-ci il iyulun 1-nə 159,758 mln. manata çatıb. Kredi...
Maliyyə
14 İyul , 2017 13:54
Bank Avrasiyanın aktivləri 26% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ “Bank Avrasiya” ASC-nin aktivləri illik müqayisədə 25,87% artaraq 2017-ci il iyulun 1-nə 159,758 mln. manata çatıb. Kredit portfeli də illik 0,58% artaraq 87,302 mln. manat təşkil edib. Kredit portfelinin 16,46%-ni və ya 14,374 mln. manatını problemli kreditlər təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbərə verir.

Bu müddətdə Bankın cəmi öhdəlikləri 36,40% artaraq iyulun 1-nə 97,842 mln. manata yüksəlib. Depozit portfeli isə illik 29,63% artaraq 37,849 mln. manata çatıb.

Cari il iyulun 1-nə "Bank Avrasiya"nın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 61,223 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi