"Bank Avrasiya"nın aktivləri 16% artıb

"Bank Avrasiya"nın aktivləri 16% artıb Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri illik müqayisədə 16,3% artaraq 2017-ci il yanvarın 1-nə 143 417,3 min manata çatıb."R...
Maliyyə
26 Yanvar , 2017 11:13
Bank Avrasiyanın aktivləri 16% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri illik müqayisədə 16,3% artaraq 2017-ci il yanvarın 1-nə 143 417,3 min manata çatıb.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, kredit portfeli illik 12,78% artaraq cari il yanvarın 1-nə 90 189,1 min manat təşkil edib. Bu müddətdə cəmi öhdəliklər 25,89% artaraq 90 840,5 min manata yüksəlib. Müştərilərin depozitləri də il ərzində 31,93% artaraq 38 519,0 min manat təşkil edib. Bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat, məcmu kapitalı 2,26% artaraq cari il yanvarın 1-nə 52 200,96 min manat olub.

"Bank Avrasiya" ötən il ərzində 920,9 min manat həcmində mənfəət əldə edib (vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək) ki, bu da əvvəlki illə müqayisədə 80,50% artım deməkdir. Qeyd edək ki, Bankın ötən il ərzində 8 700,8 min manat əməliyyat mənfəəti əldə edib və bunun da 7 537,8 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Bunun da 5 943,8 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar, 1 594,0 min manatını balansdankənar və digər aktivlər üzrə ehtiyata ayırmalar əhatə edib. Mənfəətdən ödənilən vergilər də illik müqayisədə 3,38 dəfə artaraq 2016-cı ildə 242,4 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi