"Bank Avrasiya"ın aktivləri ötən il 17% ​artıb

"Bank Avrasiya"ın aktivləri ötən il 17% ​artıb Bank istehlak kreditləşməsini 43% azaldıb
Maliyyə
4 Fevral , 2015 10:48
Bank Avrasiyaın aktivləri ötən il 17% ​artıb

Bakı. 4 fevbral REPORT.AZ/ Azərbaycanın "Bank Avrasiya" ASC-nin aktivləri illik müqayisədə 17,61% artaraq 2015-ci  il yanvarın 1-nə 95,879 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərdə əsas paya malik olan kredit portfelinin həcmində 2014-cü il ərzində artım müşahidə olunub. Bankın kredit portfeli 6,69% artaraq 62,214 mln. manat təşkil edib.

Kredit portfelinin 10,89%-ni əhatə edən istehlak kreditlərinin həcmində isə əksinə, azalma qeydə alınıb. İstehlak kreditlərinin həcmi illik müqayisədə 42,55% azalaraq cari ilin əvvəlinə 6,778 mln. manat olub. İpoteka kreditlərinin həcmi isə 15,42% artaraq 2,884 mln. manat təşkil edib.

Bankın depozit portfeli 46,24% azalaraq 2015-ci il yanvarın 1-nə 23,774 mln. manat olub. Bunun 16,037 mln. manatı müddətli, 7,707 mln. manatı tələb olunadək depozitlərin payına düşüb. Bankda əhalinin əmanətlərinin həcmində kəskin azalma müşahidə olunub. Əhalinin əmanətlərinin həcmi 47,58% azalaraq 19,647 mln. manata düşüb.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə "Bank Avrasiya"nın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 50,680 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi