Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.
Maliyyə
28 İyun , 2018 17:45
Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə “Report”a "AmCham"dan məlumat verilib.

Tədbirdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, “AmCham Azərbaycan”ın rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi