Yuxarı
    Bağlamaq

    Bakıda kredit təşkilatlarından birinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq

    Yığıncağın gündəliyinə aidiyyəti şəxslərlə əqdlərin bağlanması məsələsi daxildir

    Bakı. 14 iyun. REPORT.AZ/ Bu il iyulun 14-də "FinEx Kredit" Bank Olmayan Kredit Təşkilatı" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

    "Report" bu barədə şirkətin rəsmi qəzetdəki elanına istinadən xəbər verir.

    Yığıncağın gündəliyinə aidiyyəti şəxslərlə əqdlərin bağlanması məsələsi, institusional investorlar üçün istiqrazların emissiyasının və cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi daxildir.

    İclas Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi,11 ünvanında baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi