Yuxarı
    Bağlamaq

    Bakıda keçiriləcək ticarət festivalları zamanı alınan mallar üzrə ödənilmiş ƏDV-nin necə qaytarılacağı məlum olub

    Bu məsələ Vergilər Nazirliyində keçirilmiş görüşdə müzakirə edilin

    Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyində ticarət festivallarının təşkili ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin və bankların nümayəndələri ilə görüş keçirilib. 

    Bu barədə “Report”a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

    Məlumata görə, görüşdə nazir müavini Sahib Ələkbərov Bakıda ilk dəfə olaraq keçiriləcək ticarət festivallarının («shopping festival») əhəmiyyəti və onların təşkili ilə bağlı məsələlər barədə məlumat verib. O, bildirib ki, ildə iki dəfə təşkil olunması planlaşdırılan ticarət festivallarının keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

    “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq “Baku Shopping Festival”ının iştirakçısı olan iri ticarət obyektlərində aparılan işlərin başa çatmaq üzrə olduğunu qeyd edən nazir müavini görüş iştirakçılarının nəzərinə çatdırıb ki, ticarət festivalları dövründə alınan mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır. Ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.

    Festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün xidmət göstərəcək işçi heyətinin bayram və istirahət günlərində də işləməsi təmin olunacaq. Alıcıların rahatlığının təmin edilməsi üçün ticarət festivallarına cəlb olunacaq bankların filialları ƏDV qaytarılması sisteminə qoşulacaq.

    Görüşdə bankları maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Vergilər Nazirliyinin aidiyyatı qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən bankların nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi