Yuxarı

​Bakıda kapital bazarından maliyyələşmə və IPO mövzusunda seminar keçiriləcək

Tədbir potensial emitentlər üçün PwC Azerbaijan və BFB tərəfindən təşkil olunur

Bakı. 20 may. REPORT.AZ/ Mayın 22-də Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmədə maraqlı olan potensial şirkətlər üçün "PwC Azerbaijan" şirkəti və Bakı Fond Birjasının təşkilatçılığı ilə Bakıda "Səhm və istiqrazlar vasitəsilə maliyələşmə və IPO-lar" mövzusunda birgə seminar keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, seminar "PwC"nin Rusiya, MDB və Mərkəzi və Şərqi Avropa üzrə partnyoru və kapital bazarları üzrə lideri Rüstəm Terequlov tərəfindən aparılacaq. Seminarda kütləvi təklif yolu ilə kapitalın cəlb ediməsi, səhm və istiqrazların listinq prosesi, IPO-ya hazırlıq, emissiya prospektinin hazırlanması, korporativ idarəetmə, maliyyə hesabatlılığı mövzularında geniş məlumat veriləcək.

Həmçinin tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nil MakKeyn "İnkişaf etməkdə olan bazarlarda yerli valyutada istiqraz emissiyası" mövzusunda təqdimatla çıxış edəcək, BFB-nin nümayəndələri "BFB-də listinq" və "Yeni hüquqi çərçivədə kaptal bazarlarının infrastrukturu" barəsində danışacaqlar.

Tədbir zamanı iştirakçılara kapital bazarından maliyyələşmənin təşviqi ilə bağlı məlumat xarakterli broşürlar, xidmət kataloqu və digər maarifləndirici çap məhsulları təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi