Yuxarı
    Bağlamaq

    ​Bakıda IPO və listinq mövzusunda seminar keçirilib

    Tədbirdə Listinq Məsləhət Proqramının tərəfdaşları və broker şirkətlərinin nümayəndələri iştirak ediblər

    Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) “Listinq Məsləhət Proqramı” (LMP) çərçivəsində kapital bazarından maliyyələşmədə maraqlı olan potensial şirkətlər üçün “İlkin Kütləvi Təklif (IPO) və Listinq” mövzusunda seminar təşkil olunub. Bu barədə "Report"a Birjanın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    LMP üzrə tərəfdaş və broker şirkətləri, 15 seçilmiş yerli nümayəndələrin iştirak etdikləri seminarda beynəlxalq ekspertlər kütləvi təklif yolu ilə kapitalın cəlb edilməsi, səhm və istiqrazların listinq prosesi, IPO-ya hazırlıq, "roadshow" barədə təqdimatla çıxış edib, eləcə də bir sıra yerli şirkətlərin nümayəndələri istiqrazlarının BFB-də uğurlu listinqə çıxarılması təcrübəsi haqqında məlumat veriblər.

    Sonda kapital bazarından maliyyələşmədə maraqlı olan potensial şirkətlərin sualları cavablandırılıb.

    Qurumdan verilən açıqlamaya görə, kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı”nın əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında uğurla fəaliyyət göstərən və öz seqmentlərinin liderləri olan şirkətlərin korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, o cümlədən, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaq və bununla da həmin şirkətlərin kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir.

    Xatırladaq ki, seminar Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icrası çərçivəsində şirkətlərin kapital bazarlarına çıxış üçün hazırlanması və bununla əlaqədar qiymətli kağızları ticarət potensialına malik şirkətlərə peşəkar dəstəyin göstərilməsi məqsədilə həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi